II. Vəzifə öhdəlikləri
6.
Baş energetik elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün
istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə
saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə
olunmasını təmin edir.
7.
Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi
aparır.
8.
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
9.
Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları
lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
10. Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik
avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik
edir.
11. Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə
sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin
hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib
edilməsinə rəhbərlik edir.
12. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini,
avadanlığın modernləşdirilməsinə nəzarəti təşkil edir.
13. Köhnəlmiş avadanlıqları müəyyən edir və onların təmirini növbələşdirir.
14. Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi,
avadanlıqların sınaqdan keçirilməsində iştirak edir.
15. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
252
riayət edilməsini təmin edir.
16. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir,
onların tətbiqinə kömək edir.
17. Avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
Dostları ilə paylaş: |