Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə256/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   252   253   254   255   256   257   258   259   ...   541
 

II. Vəzifə öhdəlikləri

6. 


Baş   mühasibin   müavini   müəssisənin   maliyyə-təsərrüfat   fəaliyyətinin 

mühasibat  uçotunun təşkilinə və maddi,  əmək  və maliyyə ehtiyatlarından səmərəli 

istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak 

edir. 


7. 

Təsərrüfat   əməliyyatlarının   sənədləşdirilməsi   üçün   tətbiq   edilən   və 

nümunəvi forması olmayan haqq-hesablara dair iş planının, ilkin uçot sənədlərinin 

formalarının hazırlanması və tətbiqi üzrə işə, daxili mühasibat hesabatı sənədlərinin 

formalarının   işlənib   hazırlanmasına,   eləcə   də   inventarlaşdırmanın   aparılması 

qaydasının   təmin   olunmasına,   təsərrüfat   əməliyyatlarının   aparılmasına   nəzarətə, 

248



mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət 

olunmasına rəhbərlikdə iştirak edir.

8.  

Müəssisə   tərəfindən   həyata   keçirilən   bütün   təsərrüfat   əməliyyatlarının 



mühasibat   uçotu   hesabında   (həmçinin   mühasibat   uçotu   registrlərində)   düzgün   əks 

etdirilməsinin,   ona   nəzarətin,   operativ   məlumatların   təqdim   edilməsinin,   mühasibat 

(maliyyə)   hesabatlarının   müəyyən   edilmiş   müddətlərdə   tərtib   və   təqdim  edilməsin, 

digər   bölmə   və   xidmət   sahələri   ilə  birlikdə   təsərrüfatdaxili   ehtiyatların   aşkara 

çıxarılması   və   səfərbər   edilməsi   məqsədi   ilə   mühasibat   uçotu   və   hesabatının 

məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata 

keçirilməsində bilavasitə iştirak edir.

9.  


İlkin  mühasibat   sənədlərinin,   hesablaşmaların   və   ödəniş   öhdəliklərinin, 

əmək   haqqı   fondunun   sərf   olunmasının,   vəzifə   maaşlarının   təyin  edilməsinin,   pul 

vəsaitlərinin,   əmtəə-mal   qiymətlilərinin   və   əsas   fondların   inventarlaşmasının, 

mühasibat uçotu və hesabatının təşkilinin  yoxlanılması və müəssisənin bölmələrində 

sənədli təftişin  qaydalarına riayət edilməsinə  öz səlahiyyətləri çərçivəsində nəzarət 

edir.


10.   Daxil   olan   pul   vəsaitlərinin,   mal-material   qiymətlilərinin   və   əsas 

vəsaitlərin   uçotunun,   mühasibat   uçotu   hesablarında   onların   hərəkətinin,   istehsal 

dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş 

və xidmətlərin yerinə yetirilməsinin təşkilində iştirak edir.

11.   Pul   vəsaitləri   və   mal-material   qiymətlilərinin   çatışmazlıqları   və 

mənimsənilməsi haqqında sənədlərin tərtibində, lazımi hallarda müvafiq işlərin hüquq-

mühafizə orqanlarına verilməsinə iştirak edir.

 12.  Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat 

və   digər   xərclərin,   debitor   borclarının,   çatışmazlıqların   və   itkilərin   mühasibat 

balanslarından   silinməsinin   qanuniliyi,   mühasibatlıq     sənədlərinin   saxlanılması, 

rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini 

aparır.


13.  Göstərilən   xidmətlərin   hesablaşmaları   üzrə   mühasibat   uçotunun 

aparılmasına,   pul   vəsaitlərinin   hərəkətinə,   mühasibat   hesabatının   formalaşdırılması 

üçün mühasibat sənədlərinin tərtibinə nəzarət edir.

14.  Göstərilən   xidmətlərə   görə   hesablaşmaların   vəziyyəti   barədə   tam   və 

etibarlı mühasibat məlumatlarını təqdim edir.

15.  Müasir   hesablama   texnikası   və   mühasibat   uçotu   üzrə   kompüter 

proqramlarının     tətbiq   edilməsi   ilə   mühasibat   uçotunun   proqressiv   forma   və 

metodlarını işləyib hazırlayır. 

16.  Müəssisənin   əməkdaşlarına   mühasibat   uçotu,   nəzarəti,   hesabatı   və 

iqtisadi təhlili məsələləri üzrə metodik köməklik edir.

17.  Mühasibat   hesabatının   tərtib   edilməsi   üçün   müvafiq   sahələr   üzrə 

məlumatları hazırlayır.

 

249




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin