II.
Vəzifə öhdəlikləri
6.
Baş texnoloq iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin
işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib
hazırlayır.
7.
İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını,
xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin)
keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.
8.
Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji
sənədləşdirməsinin hazırlanmasına nəzarət edir.
9.
Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin tətbiqi,
texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və
avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin
tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini təşkil edir.
10. Müəssisələrin yenidən qurulması, yeni texnikanın və texnologiyanın
tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin
hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması
və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.
Dostları ilə paylaş: |