uçotunun təşkilini və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə
nümunəvi forması olmayan haqq-hesablara dair iş planının, ilkin uçot sənədlərinin
formalarının hazırlanması və tətbiqi üzrə işə, daxili mühasibat hesabatı sənədlərinin
formalarının işlənib hazırlanmasına, eləcə də inventarlaşdırmanın aparılması
qaydasının təmin olunmasına, təsərrüfat əməliyyatlarının aparılmasına nəzarətə,
mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət
olunmasına rəhbərlik edir.
8.
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının
mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks
etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat
(maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər
bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və
səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə
müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini
təmin edir.
9.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin,
əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul
vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının,
mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində
sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
10. Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas
vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal
dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və
xidmətlərin yerinə yetirilməsini təşkil edir.
11. Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin
qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının
qarşısının alınması üzrə tədbirlər görür.
12. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-
maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
13. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən
əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə
ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar
üzrə borcların qoyulan vaxt ərzində verilməsi digər ehtiyat fondlarına ayırmalar üzrə
sənədləri rəsmiləşdirir.
14. Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və
mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq
işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
15. Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat
və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat
balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması,
rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini
aparır.
16. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin
struktur bölməsi işçilərinə metodik köməklik edir.
17.
Mühasibatlığın işçilərinə rəhbərlik edir.
243