Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə272/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   268   269   270   271   272   273   274   275   ...   541
III. Hüquqlar

15. 


Bioloqun aşağıdakı hüquqları:

15.1.  klinik   və   sanitariya-gigiyenik   tədqiqatların   aparılmasının,     sanitariya-

epidemioloji   nəzarətin,   müalicə-diaqnostik   prosesin,   laboratoriya   tədqiqatlarının 

aparılmasının   təkmilləşdirilməsi,   özünün   əmək   fəaliyyətinin   təşkili   və   şərtləri   üzrə 

rəhbərliyə təkliflər vermək;

15.2.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   sərəncamlar   vermək   və   onların   həvəsləndirilmə   və   tənbeh   edilmə   üzrə 

rəhbərliyə təkliflər vermək;

15.3.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

15.4.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

261



15.5. müvafiq  ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş  qaydada 

attestasiyadan keçmək;

15.6. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

16. 


Bioloq   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə   uyğun   olaraq 

bütün əmək hüquqlarından istifadə edir.



IV. Məsuliyyət

17. 


Bioloq aşağıdakılara görə məsuliyyət daşıyır:

17.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

17.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

17.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

17.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

17.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

17.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

17.7.  müəssisənin  fəaliyyətinə, işçilərinə, pasiyentlərə və müştərilərə təhlükə 

yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının 

aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, 

operativ tədbirlər həyata keçirilməsinə;

18. 


Bioloq   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi   aktların 

pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən 

asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər

.

262





Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin