Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə269/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   265   266   267   268   269   270   271   272   ...   541
III. Hüquqlar

16. 


Baş kitabxanaçının aşağıdakı hüquqları vardır:

16.1. ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək;

16.2. öz fəaliyyəti üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;

16.3. öz   fəaliyyəti   üzrə   müəssisənin   işçilərinin   həvəsləndirilməsi   və   tənbeh 

edilməsinə dair təkliflər vermək;

258



16.4. müəssisənin   fəaliyyətinin   inkişafı   və   təkmilləşdirilməsi   üzrə   təkliflər 

vermək;


16.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək

16.6. onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   konfranslarda   və 

müşavirələrdə iştirak etmək;

 16.7. müvafiq  ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş  qaydada 

attestasiyadan keçmək;

16.8. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

17. 


Baş kitabxanaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV. Məsuliyyət

          18. 

Baş kitabxanaçı aşağıdakılara görə məsuliyyət daşıyır: 

          18.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

18.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

18.3.  daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

18.4.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

18.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

18.6.  ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və 

vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;

18.7.  fövqəladə hallar şəraitində işə hazırlığa görə məsuliyyət daşıyır.

19. 

Baş   kitabxanaçı   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi 



aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

259




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin