IV.
Məsuliyyət
19.
Baş iqtisadçı aşağıdakılara məsuliyyət daşıyır:
19.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
19.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
19.3. daxili intizam qaydalarına, sanitariya və epidemiyaəleyhinə rejimə,
yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə;
19.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
19.5. öz fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
19.6. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və
vəzifə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
20.
Baş iqtisadçı əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
256
|