III.
Hüquqlar
19.
Kadrlar şöbəsinin müdirinin aşağıdakı hüquqları vardır:
19.1. kadrlar şöbəsinin işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək;
19.2. kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;
19.3. öz fəaliyyəti üzrə müəssisənin işçilərinin həvəsləndirilməsi və tənbeh
edilməsinə dair rəhbərliyə təkliflər vermək;
19.4. müəssisənin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
19.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
19.6. onun işi ilə bağı məsələlərin müzakirə olunduğu konfranslarda və
müşavirələrdə iştirak etmək;
19.7. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
19.8. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
20.
Kadrlar şöbəsinin müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |