II.
Vəzifə öhdəlikləri
6.
Kadrlar şöbəsinin müdiri müəssisənin məqsədləri, strategiyası və profilinə
uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi,
kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının
formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik edir.
7.
Proqnozların işlənib hazırlanmasını, kadrlara cari və perspektiv tələbatın,
əmək bazarının öyrənilməsi əsasında onun ödənilməsi mənbələrinin müəyyən
edilməsini, təhsil müəssisələri və məşğulluq xidmətləri ilə, analoji profilli
müəssisələrlə birbaşa əlaqələrin yaradılmasını, müəssisə daxilində mövcud
vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması
mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi
informasiya vasitələrindən istifadə olunmasını təşkil edir.
8.
Müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib
hazırlanmasında iştirak edir.
9.
İxtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında
kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirir və
müəssisənin struktur bölmələrində işçilərdən istifadənin düzgünlüyünə nəzarət edir.
10.
Təhsil müəssisəsində aldıqları peşə və ixtisasa uyğun olaraq gənc
mütəxəssislərin və cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin edir, struktur
bölmələrinin rəhbərləri ilə birlikdə onların təcrübə keçmələrini təmin edir.
11. Kadrların planlı şəkildə irəli çəkilmələri üçün onların xüsusi kurslarda
təlimlənmələrini və müvafiq ixtisaslar üzrə təcrübə keçmələrini təşkil edir.
12.
Müəssisənin işçilərinin attestasiyadan keçmələrini təşkil edir,
attestasiyanın nəticələrinin təhlil edilməsində, attestasiya komissiyasının qərarlarının
realizə edilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir, təkrar
attestasiyadan keçməli olan işçiləri müəyyən edir.
13.
Əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin
rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi və azad
edilməsinin vaxtında rəsmiləşdirilməsini, şəxsi heyətin uçotunu, işçilərin hazırkı və
keçmiş əmək fəaliyyəti haqqında arayışların verilməsini, əmək kitabçalarının
saxlanılması və doldurulmasını və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin
aparılmasını, heyətin həvəsləndirilməsinə və təltif edilməsinə, eləcə də təqdim
olunmaq üçün materialların hazırlanmasını təşkil edir.
14. Pensiya sığortası üzrə sənədlərin, eləcə də müəssisənin işçiləri və onların
ailələri üçün pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin hazırlanmasını,
həmçinin onların sosial təminat orqanlarına təqdim olunmasını təmin edir.
15. Müəssisənin kadrlar üzrə mütəxəssislərinin fəaliyyətinə metodik
275
rəhbərliyi və koordinasiyanı həyata keçirir, struktur bölmələrinin rəhbərləri tərəfindən
kadr siyasəti və heyətlə iş məsələləri üzrə qanunverici aktların, hökumət qərarlarının
və müəssisənin rəhbərinin əmr və sərəncamlarının icrasına nəzarət edir.
16. Müəssisədə kadr işinin sistematik təhlilini aparır, onun yaxşılaşdırılması
üzrə təklifləri işləyib hazırlayır.
17.
Tabel uçotunu, məzuniyyətlər cədvəlinin tərtib edilməsini və yerinə
yetirilməsinimüəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə nəzarəti,
işçilər tərəfindən daxili əmək rejiminə riayət olunmasını təşkil edir, əmək intizamının
möhkəmləndirilməsi, kadr axınının, iş vaxtı itkisinin aşağı salınması üzrə tədbirləri
işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir.
18. Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın
tərtib olunmasını təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Dostları ilə paylaş: |