Mülki müdafiə qərargah rəisinin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı mülki müdafiə qərargah rəisinin vəzifə öhdəliklərini,
hüquq və məsuliyyətini müəyyən edir.
2.
Mülki müdafiə qərargah rəisi vəzifəsinə “mülki müdafiə” ixtisası üzrə ali
təhsili olan şəxs, iş stajına tələb qoyulmadan, təyin edilir.
3.
Mülki müdafiə qərargah rəisi Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən
azad edilir.
4.
Mülki müdafiə qərargah rəisi vəzifəsinin icrası müəssisənin rəhbərinin
əmri əsasında onun müavinlərindən birinə həvalə oluna bilər.
5.
Mülki müdafiə qərargah rəisi bilavasitə müəssisənin rəhbərinə və ya onun
müavininə tabe olur.
6.
Mülki müdafiə qərargah rəisi aşağıdakıları bilməlidir:
6.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
6.2.
müəssisənin fəaliyyətinə dair yuxarı orqanların qərar, sərəncam, əmr və
digər rəhbər və normativ sənədlərini; mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması
və keçirilməsinin təşkilini;
6.3. mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və
saxlanılması qaydalarını;
6.4. fövqəladə halların qarşısının alınması üzrə təşkilati və mühəndis-texniki
tədbirlərin işlənib hazırlanması və keçirilməsinə rəhbərliyi;
6.5. fövqəladə halların nəticələrinin aradan aldırılmasına rəhbərliyi;
6.6. xilasetmə işlərinə rəhbərliyi; müəyyən olunmuş hesabatın qeydiyyatının
aparılması və tərtib edilməsi qaydasını;
6.7. ilkin tibbi yardım göstərilməsinin təşkilini;
6.8. inzibati, əmək və mülki qanunvericiliyin əsaslarını;
6.9. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğından mühafizə qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |