öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə ixtisası üzrə ali peşə təhsili
olan şəxs, iş stajına tələb qoyulmadan və ya orta peşə (texniki) təhsili və ən azı 3 il iş
stajı olan şəxs təyin edilir.
3.
Əməyin mühafizəsi üzrə mühəndis Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin olunur və
vəzifədən azad edilir.
4.
Əməyin mühafizəsi üzrə mühəndis bilavasitə öz struktur bölməsinin
rəhbəri olmaqla, müəssisənin rəhbərinə tabe olur.
5.
Əməyin mühafizəsi üzrə mühəndis bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; əməyin mühafizəsi
məsələləri üzrə qanunverici və normativ hüquqi aktları, metodik materialları;
5.2. müəssisənin məhsul istehsalının əsas texnoloji proseslərini;
5.3. iş yerlərində əməyin şərtlərinin öyrənilməsi metodlarını;
5.4.
əməyin mühafizəsi üzrə işin təşkilini;
5.5.
əməyin təhlükəsizliyinin standartları sistemini;
5.6.
işin ağırlıq kateqoriyası nəzərə alınan işçilərə psixofizioloji tələbləri;
5.7. yüngül işə keçirilmiş qadınların, yeniyetmələrin, fəhlələrin əməyinin
tətbiqinin məhdudlaşdırılmasını;
5.8. müəssisədə tətbiq olunan avadanlıqların istismarının xüsusiyyətlərini;
5.9. avadanlıqların texniki vəziyyətinin işin təhlükəsiz aparılması tələblərinə
uyğunluğuna nəzarətin qayda və vasitələrini;
5.10. əməyin mühafizəsi üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
5.11. əməyin mühafizəsi üzrə təbliğat və informasiyanın metod və formalarını;
5.12. əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi barədə hesabatın
tərtib edilməsi qayda və müddətlərini;
5.13. iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
5.14. əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Dostları ilə paylaş: