məsuliyyətini müəyyən edir.
3
Mühəndis-proqramçı Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən
azad edilir.
4.
Mühəndis-proqramçı bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla,
müəssisənin rəhbərinə tabe olur.
5.
Mühəndis-proqramçı aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; alqoritm və proqramların
işlənib hazırlanmasına və məlumatın emalı zamanı hesablama texnikasının istifadə
metodlarına dair rəhbər və normativ sənədləri;
5.2. struktur proqramlaşdırmasının əsas prinsiplərini;
5.3. proqram təminatının növlərini;
5.4. elektron hesablayıcı maşınların texniki-istismar xarakteristikasını,
konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, onların texniki istismarı
qaydalarını;
5.5.
məlumatın avtomatik emalı texnologiyasını;
5.6. məlumatın texniki daşıyıcılarının növlərini;
5.7. məlumatın təsnifatı və kodlaşdırma metodlarını;
5.8. proqramlaşdırmanın formalaşmış dilini;
5.9. qüvvədə olan standartları, say, şifr və kod sistemlərini; texniki sənədlərin
rəsmiləşdirilməsi qaydasını;
5.10. proqramlaşdırma və hesablama texnikasının istifadəsi üzrə qabaqcıl ölkə
və xarici təcrübəni;
5.11. iqtisadiyyatın və səhiyyənin təşkilinin əsaslarını;
5.12. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsinin qayda və
normalarını bilməlidir.
Dostları ilə paylaş: