Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə309/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   305   306   307   308   309   310   311   312   ...   541
 

II. Vəzifə öhdəlikləri

6. 


Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və 

tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında 

iştirak edir. 

7. 


Müəssisə   tərəfindən   həyata   keçirilən   bütün   təsərrüfat   əməliyyatlarının 

mühasibat   uçotu   hesabında   (həmçinin   mühasibat   uçotu   registrlərində)   düzgün   əks 

etdirilməsində   iştirak   edir,   operativ   məlumatları   təqdim   edir,   mühasibat   (maliyyə) 

292



hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib edir.

8.

 



İlkin  mühasibat   sənədlərinin,   hesablaşmaların   və   ödəniş   öhdəliklərinin, 

əmək   haqqı   fondunun   sərf   olunmasının,   vəzifə   maaşlarının   təyin  edilməsinin,   pul 

vəsaitlərinin,   əmtəə-mal   qiymətlilərinin   və   əsas   fondların   inventarlaşmasının, 

mühasibat uçotu və hesabatının təşkilinin  yoxlanılması və müəssisənin bölmələrində 

sənədli təftişin qaydalarına riayət edir.

9. 


Daxil   olan   pul   vəsaitlərinin,   mal-material   qiymətlilərinin   və   əsas 

vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, 

istehsal   dövriyyəsinin   və   xərclərinin,   xərclər   smetasının   hazırlanmasında,   iş   və 

xidmətlərin yerinə yetirilməsində iştirak edir. 

10.  Çatışmazlıqların,   pul   vəsaitlərinin   və   mal-material   qiymətlilərinin 

qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının 

qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. 

11.  Maliyyə   hesabat   və   kredit   əməliyyatlarının,   müəssisənin   təsərrüfat-

maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparır.

12.   Məhsulun,  iş  və xidmətlərin  maya  dəyəri hesabatının  iqtisadi  cəhətdən 

əsaslandırılmış   tərtibi,  əmək   haqqının   ödənilməsi   hesabları,   dövlət  büdcəsinə 

ödəmələr, dövlət sosial sığorta haqqı,  kapital qoyuluşu vəsaitləri, banklara ssudalar 

üzrə borcların qoyulan vaxt ərzində verilməsi və digər ehtiyat fondlarına ayırmalar üzrə 

sənədləri hazırlayır. 

13.  Pul   vəsaitləri   və   mal-material   qiymətlilərinin   çatışmazlıqları   və 

mənimsənilməsi haqqında sənədləri tərtib edir.

14.   Mühasibatlıq   sənədlərinin   saxlanılması,   rəsmiləşdirilməsi   və   müəyyən 

olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır. 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin