müəyyən edir.
3.
Mühasib Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Mühasib bilavasitə baş mühasibə olmaqla, müəssisənin rəhbərinə tabe
olur.
5.
Mühasib aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; mühasibat barədə
qanunvericiliyi;
5.2. müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid qərar, sərəncam, əmr və
digər rəhbər, metodik və normativ materialları;
5.3. maliyyə və vergi qanunvericiliyini;
5.4. müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;
5.5. müəssisədə mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları və
onun aparılması qaydasını;
5.6. əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd
dövriyyəsinin təşkilini; maliyyə hesabatlarının forma və qaydasını;
5.7. müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili,
təsərrüfatdaxili ehtiyatların aşkarlanması metodlarını;
5.8. pul vəsaitlərinin, mal-material və digər qiymətlilərin qəbulu, mədaxili,
saxlanılması və xərclənməsi qaydasını;
5.9. hüquqi və fiziki şəxslərdən vergi tutulması şərtlərini; mühasibat uçotu
hesablarından çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi
qaydasını;
5.10. pul vəsaitlərinin və mal-material qiymətlilərinin inventarlaşdırılmasının
aparılması qaydasını;
5.11. mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və
müddətlərini;
5.12. yoxlama və sənədli təftişin aparılması qaydasını;
5.13. hesablama texnikasının müasir vasitələrini və uçot-hesabat işlərinin
yerinə yetirilməsi, müəssisənin istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinin təhlili
üçün onların tətbiq edilməsi imkanlarını;
5.14. mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və
xarici təcrübəni;
5.15. səhiyyə, əmək və idarəetmənin iqtisadiyyatı və təşkilini;
5.16. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsinin norma və
qaydalarını bilməlidir.
Dostları ilə paylaş: