IV.
Məsuliyyət
18.
Əməyin mühafizəsi üzrə mühəndis:
18.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
18.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və ixtisaslaşdırılmış qaydada yerinə
yetirilməsinə;
18.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
18.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
18.5. ona tabe işçilər tərəfindən icra intizamına riayət edilməsi və vəzifə
öhdəliklərinin yerinə yetirilməsinə;
18.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və başqa qaydaların pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
19.
Əməyin mühafizəsi üzrə mühəndis əmək intizamının, qanunvericilik və
normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən,
təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət
məsuliyyətinə cəlb edilə bilər.
290
|