əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına,
işçilərə əməyin şərtləri üzrə müəyyən olunmuş güzəşt və kompensasiyaların
faktorlarının təhlükəli və zərərli təsirindən mühafizənin digər vasitələrinin işlənib
ventilyasiya sisteminin işinin effektliliyinin, sanitar-texniki qurğuların, sanitar-məişət
otaqlarının, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin texniki vəziyyətinin
müayinəsində, onların əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsinin yoxlanılmasında iştirak edir və sexlərdə,
sahələrdə, iş yerlərində işçilərin həyat və sağlamlıqları üçün təhlükə yarada və ya
qəzalara gətirib çıxara bilən pozuntular aşkarlanan zaman maşınların, avadanlıqların
istismarının və istehsalatın dayandırılması üzrə tədbirlər görür.
9.
Müəssisənin digər struktur bölmələri ilə birlikdə iş yerlərinin və istehsalat
avadanlıqlarının əməyin mühafizəsinin tələblərinə uyğun olaraq attestasiyası və
sertifikasiyası üzrə işi aparır. İstehsalatda peşə xəstəliklərinin və bədbəxt hadisələrin
qarşısının alınması üzrə, əməyin şərtlərinin yaxşılaşdırılması və onların əməyin
mühafizəsinə dair normativ hüquqi aktların tələblərinə çatdırılması üzrə tədbirlərin
işlənib hazırlanmasında iştirak edir, eləcə də işlənib hazırlanmış tədbirlərin yerinə
yetirilməsi üzrə təşkilati köməklik göstərir.
10.
Müvafiq xidmətlər tərəfindən avadanlıqların, maşın və mexanizmlərin
vəziyyətinin zəruri sınaqlarının və yoxlanılmasının vaxtında aparılmasına, təhlükəli və
zərərli istehsalat faktorlarının parametrlərinin ölçülməsi cədvəlinə riayət edilməsinə,
əməyin mühafizəsi üzrə qüvvədə olan norma, qayda və təlimatlara, istehsalat
prosesində, eləcə də yeni və yenidən təşkil edilən istehsalat obyektlərinin layihələrində
əməyin təhlükəsizliyi standartlarına görə dövlət nəzarət və yoxlama orqanlarının
göstərişlərinin yerinə yetirilməsinə nəzarət edir, yeni və yenidən təşkil edilən istehsalat
obyektlərinin istismara qəbulunda iştirak edir.
11.
Əmək öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı şikəstlik, peşə xəstəliyi
və ya sağlamlığına digər zədə nəticəsində işçilərə vurulmuş ziyanın ödənilməsi barədə
məsələnin müzakirə olunmasında iştirak edir. müəssisənin struktur bölmələrinə
işçilərin məcburi tibbi baxışdan keçməli olduqları peşə və vəzifələrin siyahısının, eləcə
də qüvvədə olan qanunvericilik əsasında əməyin ağır, zərərli və ya təhlükəli şərtlərinə
görə işçilərə kompensasiya və güzəştlərin verildiyi peşə və vəzifələrin siyahısının
tərtib edilməsində, müəssisənin əməyin mühafizəsi üzrə təlimatlarının, standartlarının
işlənib hazırlanması və baxılmasında, işçilərin əməyin mühafizəsi üzrə
təlimatlandırılmasının, təlimləndirilməsinin təşkili və biliklərinin yoxlanılması üzrə
metodik köməklik göstərir.
12. Müəssisəyə işə qəbul olunanların, ezam edilənlərin, şagird və tələbələrin,
istehsalat təlimi və təcrübəsinə gələnlərin hamısı ilə əməyin mühafizəsi üzrə giriş
təlimatlandırması aparır. Kollektiv müqavilənin “Əməyin mühafizəsi” bölməsinin
tərtib olunmasında iştirak edir.
13.
İstehsalat travmatizmi, peşə və istehsalat əsaslı xəstəliklər hallarının
təhqiq olunmasında iştirak edir, onların səbəblərini öyrənir, qarşısının alınması üzrə
aparılan tədbirlərin effektliliyini təhlil edir.
14.
Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin
saxlanılması, verilməsi, yuyulması, kimyəvi təmizlənməsi, tozsuzlaşdırılması,
289
yağsızlaşdırılması və təmir edilməsinin təşkilinə, qoruyucu aparat və mühafizə
vasitələrinin vəziyyətinə, eləcə də əməyin mühafizəsi üzrə tədbirlərin yerinə
yetirilməsi üçün ayrılmış vəsaitlərin düzgün xərclənməsinə nəzarəti həyata keçirir.
15.
Müəyyən olunmuş formalar üzrə və müvafiq müddətlərdə əməyin
mühafizəsi üzrə hesabatı tərtib edir.
Dostları ilə paylaş: