1.
Bu vəzifə təlimatı mühəndisin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Mühəndis vəzifəsinə ixtisası üzrə ali peşə təhsili olan şəxs, iş stajına tələb
qoyulmadan, təyin edilir.
3.
Mühəndis Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Mühəndis bilavasitə baş mühəndis və ya öz struktur bölməsinin rəhbəri
olmaqla, müəssisənin rəhbərinə tabe olur.
5.
Mühəndis aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; yerinə yetirilən iş üzrə
direktiv və sərəncamçı sənədləri, metodik və normativ materialları;
5.2.
texniki inkişafın perspektivlərini və müəssisənin fəaliyyətinin
xüsusiyyətlərini;
5.3.
işin prinsiplərini, işlənib hazırlanan və istifadə edilən texniki vasitələrin
və materialların texniki xarakteristikasını və konstruktiv xüsusiyyətlərini və onların
xassələrini;
5.4.
hesablama texnikasının, kommunikasiya və əlaqələrin
müasir vasitələrini;
5.5.
tədqiqat metodlarını, işin yerinə yetirilməsi qayda və
şərtlərini;
5.6.
texniki sənədləşdirmə, materiallar və
məmulatlar üçün əsas tələbləri;
5.7.
texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan
standartları, texniki şərtləri, əsasnamələri və təlimatları;
5.8.
texniki hesablamaların aparılması və tədqiqatların iqtisadi
səmərəliliyinin müəyyən edilməsi metodlarını;
5.9.
müvafiq fəaliyyət sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl
ölkə və xarici təcrübəni;
5.10. iqtisadiyyatın, əməyin təşkilinin və idarəetmənin əsaslarını, əmək
qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsinin qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: