III.Hüquqlar
16.
Loqopedin aşağıdakı hüquqları vardır:
16.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
16.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
16.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
16.4. müvafiq ixtisas kateqoriyası almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
16.5. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
17.
Loqoped Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV.Məsuliyyət
18.
Loqoped aşağıdakılara məsuliyyət daşıyır:
18.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
18.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
18.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
18.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
18.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
18.6. müəssisənin fəaliyyətinə, işçilərinə, pasiyentlərə və müştərilərə təhlükə
yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının
aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla,
operativ tədbirlər həyata keçirilməsinə;
19.
Loqoped əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
279
|