Menecerin nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı menecerin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Menecer vəzifəsinə “iqtisadçı” və ya “maliyyəçi” ixtisası üzrə ali təhsili
olan şəxs, iş stajına tələb qoyulmadan, təyin edilir.
3.
Menecer Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Menecer bilavasitə müəssisənin rəhbərinə və ya onun müavininə tabe
olur.
5.
Menecer aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; rəhbərik etdiyi sahənin
fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər və normativ sənədləri;
5.2. rəhbərlik etdiyi sahənin işçilərinin əməyin ödənilməsi sistemini;
5.3. rəhbərlik etdiyi sahənin istehsal texnologiyasını;
5.4. müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsi
qaydasını;
5.5. əmək qanunvericiliyinin, iqtisadiyyatın, idarəetmənin, marketinqin
əsaslarını;
5.6.
aidiyyəti sahə üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
5.7. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğından mühafizə qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |