II. Vəzifə öhdəlikləri
6.
İqtisadçı müəssisədə istehsal effektivliyinin və rentabelliyinin, buraxılan
və mənimsənilən yeni növ məhsulların keyfiyyətinin artırılmasına, material, əmək və
maliyyə ehtiyatlarının optimal istifadəsi zamanı yüksək nəticələr əldə edilməsinə
yönələn iqtisadi fəaliyyətin həyata keçirilməsi işini yerinə yetirir.
7.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti üzrə layihələrin tərtibi üçün
məlumatları hazırlayır. İstehsalat və buraxılan məhsulun satılması, məhsulun yeni
növlərinin, proqressiv texnika və texnologiyanın mənimsənilməsi üçün zəruri olan
material, əmək və maliyyə xərcləri üzrə hesablamaları yerinə yetirir.
8.
Müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin iqtisadi təhlilini
həyata keçirir, istehsalat ehtiyatlarını aşkara çıxarır, qənaət rejiminin təmin olunması,
istehsalatın rentabelliyinin, buraxılan məhsulun rəqabətlilik qabiliyyətinin, əmək
məhsuldarlığının artırılması, məhsulun istehsalı və satılmasında ləngimələrin aşağı
salınması, itki və qeyri-istehsal xərclərinin aradan qaldırılması, eləcə də əlavə məhsul
buraxılışı imkanlarının aşkarlanması üzrə iqtisadi təhlili həyata keçirir.
9.
Əməyin və istehsalın təşkilinin, yeni texnika və texnologiyanın tətbiqinin,
səmərələşdirici təklif və ixtiraların iqtisadi effektliliyini müəyyən edir.
10. İşlənib hazırlanmış istehsalat-təsərrüfat planlarının, əməyin və
idarəetmənin proqressiv formalarının təkmilləşdirilməsinin, eləcə də plan və uçot
sənədlərinin müzakirəsində iştirak edir.
11. Müqavilə bağlanılması üçün materialları sənədləşdirir, müqavilə
öhdəliklərinin yerinə yetirilməsi müddətlərini izləyir.
12. Müəssisə və onun struktur bölmələri üzrə plan tapşırıqlarının yerinə
yetirilməsinin gedişinə, təsərrüfatdaxili ehtiyatların istifadəsinə nəzarəti həyata
keçirir.
13. Müəssisənin və onun struktur bölmələrinin istehsalat fəaliyyətinin
iqtisadi göstəricilərinin, eləcə də bağlanmış müqavilələrin qeydiyyatını aparır.
14. Dövri hesabatları müəyyən edilmiş müddətlərdə hazırlayır.
15. İqtisadi informasiyaların məlumat bazasının formalaşdırılması, aparılması
və saxlanılması üzrə işi yerinə yetirir.
Dostları ilə paylaş: |