İqtisadçının nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı iqtisadçının vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
İqtisadçı vəzifəsinə “iqtisadçı” və ya “ maliyyəçi” ixtisası üzrə ali təhsili
olan şəxs, iş stajına tələb qoyulmadan, təyin edilir.
3.
İqtisadçı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
İqtisadçı bilavasitə öz struktur bölməsinin rəhbərinə, onun olmadığı
halda isə müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
İqtisadçı aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; iqtisadiyyat barədə
qanunvericiliyi;
5.2. müəssisənin fəaliyyətinin planlaşdırılması, uçotu və təhlili üzrə normativ
hüquqi aktları, metodik materialları; planlı işin təşkilini;
5.3. müəssisənin maliyyə-təsərrüfat və istehsal fəaliyyətinin cari və illik
planlarının işlənib hazırlanması qaydasını;
5.4. planların işlənib hazırlanmasını;
5.5. plan-uçot sənədləşdirməsini;
5.6. material, əmək və maliyyə xərclərinin normativlərinin işlənib
hazırlanması qaydasını;
5.7. müəssisənin və onun struktur bölmələrinin fəaliyyət göstəricilərinin
iqtisadi təhlili və uçotu qaydasını; yeni texnika və texnologiyanın tətbiqinin, əməyin
təşkilinin, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektliliyinin müəyyən
edilməsi metodlarını;
5.8. hesablama işlərinin aparılması metod və vasitələrini;
5.9. müqavilələr bağlanılması üçün materialların sənədləşdirilməsi qaydasını;
5.10. operativ və statistik uçotun təşkilini;
5.11. hesabatların tərtibinin qayda və müddətlərini;
5.12. bazar iqtisadiyyatı şəraitində müəssisənin iqtisadi fəaliyyətinin rasional
təşkili üzrə ölkə və xarici təcrübəni;
5.13. istehsalın, əməyin və idarəetmənin təşkilini;
5.14. tibbi yardım göstərilməsinin başlıca növlərinin əsas texnologiyasını;
5.15. təsərrüfatçılığın bazar metodlarını;
271
5.16. müəssisənin təsərrüfat fəaliyyətinin texniki-iqtisadi təhlilinin həyata
keçirilməsi üçün hesablama texnikasının tətbiqi imkanlarını, onun istismarı qaydasını;
5.17. əmək qanunvericiliyinin əsaslarını,əməyin mühafizəsinin qayda və
normalarını bilməlidir.
Dostları ilə paylaş: |