IV.
Məsuliyyət
21.
Hüquqşünas aşağıdakılara görə məsuliyyət daşıyır:
21.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
21.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
21.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
21.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
21.5. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və
vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
21.6. müəssisənin fəaliyyətinə, onun işçilərinə və başqa şəxslərə təhlükə
yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və digər qaydaların pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
22.
Hüquqşünas əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
270
|