edir, profilaktik tədbirləri (deratizasiya, dezinseksiya) təşkil edir və keçirir.
8.
Təbii mənbəli xəstəliklərin əsas daşıyıcı və yayıcılarının növlərinin
ekspert müəyyənləşdirməsini aparır.
III. Hüquqlar
9.
Entomoloqun aşağıdakı hüquqları vardır:
9.1. sanitariya-epidemioloji nəzarətin təkmilləşdirilməsi, ərazinin epizootoloji
və zooloji-parazitoloji müayinəsinin aparılması, profilaktik tədbirlərin (deratizasiya,
dezinseksiya) təşkili və keçirilməsi, özünün əmək fəaliyyətinin təşkili və şərtləri üzrə
rəhbərliyə təkliflər vermək;
9.2. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə və tənbeh edilmə üzrə
rəhbərliyə təkliflər vermək;
9.3. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
9.4. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
9.5.
müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
9.6.
öz ixtisasını artırmaq hüquqlarına malikdir.
10.
Entomoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
11.
Entomoloq aşağıdakılara görə məsuliyyət daşıyır:
11.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
11.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
11.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
11.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
11.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
11.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
11.7. müəssisənin fəaliyyətinə, işçilərinə, pasiyentlərə və müştərilərə təhlükə
yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının
aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla,
operativ tədbirlər həyata keçirilməsinə;
12.
Entomoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
267