IV.
Məsuliyyət
18.
Bədən tərbiyəsi üzrə mütəxəssis:
18.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
18.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
18.3. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi
və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;
18.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş tibbi və digər
sənədləşdirmənin vaxtında və keyfiyyətli aparılmasına;
18.5. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
19.
Bədən tərbiyəsi üzrə mütəxəssis əmək intizamının, qanunvericilik və
normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən,
təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət
məsuliyyətinə cəlb edilə bilər.
265
|