Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə318/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   314   315   316   317   318   319   320   321   ...   541
III. Hüquqlar

14. 


Psixoloqun aşağıdakı hüquqları vardır:

14.1.  müstəqil şəkildə psixoloji vəziyyətin diaqnozunu qoymaq və ixtisası üzrə 

müalicə   aparmaq;   müəyyən   olunmuş   qayda   və   standartlara   uyğun   olaraq   xəstənin 

aparılması   taktikasının   müəyyən   edilməsində   iştirak   etmək;   zərurət   olduqda   başqa 

298



ixtisaslı   həkimləri   müəyyən   olunmuş   qaydada   xəstələrin   məsləhət,   müayinə   və 

müalicəsi üçün cəlb etmək; 

14.2.  müalicə-profilaktika   prosesinin   təkmilləşdirilməsi,   o   cümlədən   özünün 

əmək   fəaliyyətinin   təşkili   və   şərtlərinin   yaxşılaşdırılması     üzrə   rəhbərliyə   təkliflər 

vermək;

14.3.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

14.4.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

14.5.  müvafiq  ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş  qaydada 

attestasiyadan keçmək;

14.6.  öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

15. 

Psixoloq Azərbaycan Respublikasının Əmək  Məcəlləsinə uyğun olaraq 



bütün əmək hüquqlarından istifadə edir.

IV. Məsuliyyət

16. 


Psixoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

16.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

16.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

16.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

16.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

16.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

16.6.  müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

17. 


Psixoloq əmək intizamının,  qanunvericilik və normativ-hüquqi aktların 

pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən 

asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

299




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin