III. Hüquqlar
14.
Sosioloqın aşağıdakı hüquqları vardır:
14.1. özünün əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər
vermək;
14.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
14.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və
müşavirələrdə iştirak etmək;
14.4. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
14.5. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
15.
Sosioloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
16.
Sosioloq aşağıdakılara görə məsuliyyət daşıyır:
16.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
16.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
16.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
16.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş xidməti
sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
16.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
16.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
17.
Sosioloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
302
|