I.
Vəzifə öhdəlikləri
6.
Zooloq ərazinin epizootoloji və zooloji-parazitoloji müayinəsini təşkil
edir, profilaktik tədbirləri (deratizasiya, dezinseksiya) təşkil edir və keçirir.
7.
Epidemioloji tövsiyələrin işlənib hazırlanması üçün epizootoloji prosesin
inkişaf dinamikasının təhlili məlumatlarını təqdim edir.
8.
Təbii mənbəli xəstəliklərin əsas daşıyıcı və yayıcılarının növlərinin
ekspert müəyyənləşdirməsini aparır.
II.
Hüquqlar
9.
Zooloq aşağıdakı hüquqları vardır:
9.1.
sanitariya-epidemioloji nəzarətin təkmilləşdirilməsi, ərazinin epizootoloji
və zooloji-parazitoloji müayinəsinin aparılması, profilaktik tədbirlərin (deratizasiya,
dezinseksiya) təşkili və keçirilməsi, özünün əmək fəaliyyətinin təşkili və şərtləri üzrə
rəhbərliyə təkliflər vermək;
9.2.
öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə və tənbeh edilmə üzrə
rəhbərliyə təkliflər vermək;
9.3.
öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
9.4.
öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda
və müşavirələrdə iştirak etmək;
9.5.
müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
9.6.
öz ixtisasını artırmaq hüquqlarına malikdir.
10.
Zooloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |