xəstəliklərini yayanlarla, həşərat və milçəklərlə mübarizə üzrə tədbirlər çərçivəsində
7.
Transmissiya və parazit infeksiyalarının (malyariya, tülyaremiya,
borrelioz, rikketsioz, gənə ensefaliti və s.) mənbələrinin aşkarlanması, müayinə və
ləğv edilməsində iştirak edir.
8.
Nohurların– qansoran ağcaqanadların
törəmə yerlərinin
pasportlaşdırılmasını aparır.
9.
Qansoran ağcaqanadların, böyənək və gənələrin xəstəlik törədici
mikrobları ilə insanın xəstəliyə tutulmasının tədqiqatı üçün onların toplanmasını
həyata keçirir.
10.
Buğumayaqlılar – insanın transmissiya xəstəliklərinin mikrob daşıyıcıları
ilə mübarizə üzrə tədbirlərin təşkilində iştirak edir.
11.
Başqa mütəxəssisləri cəlb etməklə milçəklərlə mübarizə üzrə tədbirlərin
aparılmasına metodik rəhbərliyi və nəzarəti; həşəratlara və gənələrə qarşı tibbi
əhəmiyyətli qırıcı tədbirlərin aparılmasının keyfiyyətinə nəzarəti; insektisidlər və
gənələrin qırılması üçün istifadə olunan kimyəvi maddələrə tələbatın
planlaşdırılmasına, onların düzgün saxlanılmasına nəzarəti həyata keçirir.
12.
Qansoranların törəmə yerlərinin əmələ gəlməsinə yol verilməməsi
məqsədi ilə su anbarlarının, suvarma kanallarının tikintisi və istismarına, su ilə təmin
etmə sistemlərinə, atılmış belə sistemlərə və çəltikçilik sahələrinə, heyvandarlıq
komplekslərinin saxlanmasına nəzarət edilməsinə, eləcə də milçək və ağcaqanadların
kütləvi törəməsinin qarşısının alınması məqsədi ilə yeyinti sənayesi müəssisələrinə,
zibilliklərə dövlət sanitariya-epidemioloji nəzarətində iştirak edir.
13.
Materialların təhlilini və görülmüş işlər barədə hesabatın tərtibini həyata
keçirir.
14.
Öz səlahiyyətləri çərçivəsində əhali arasında sanitar-maarifləndirmə işini
aparır.
15.
Təxirəsalınmaz hallarda həkiməqədər tibbi yardımı göstərir.
16.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir.
17.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: