Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Əməliyyat otağının tibb bacısının nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə354/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   350   351   352   353   354   355   356   357   ...   541
Əməliyyat otağının tibb bacısının nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   əməliyyat   otağı   tibb   bacısının   vəzifə   öhdəliklərini, 

hüquq və məsuliyyətini müəyyən edir.

2. 

Əməliyyat otağı tibb bacısı vəzifəsinə, iş stajına tələb qoyulmadan, tələb 



vəzifəsinə “feldşer” və ya “tibb bacısı”  ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin 

edilir.


3. 

Əməliyyat  otağı  tibb bacısı  Azərbaycan  Respublikasının  qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisəsinin rəhbərinin əmri ilə vəzifəyə təyin 

və vəzifədən azad edilir.

4. 

Əməliyyat otağı tibb bacısı bilavasitə öz struktur bölməsinin rəhbərinə 



olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur. 

5. 


Əməliyyat otağı tibb bacısı aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını;   Azərbaycan 

Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;

5.2.  səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3.  tibb bacısı işinin nəzəri əsaslarını; 

5.4.  cərrahi yardımın, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkilini;

5.5.  dərman  vasitələrinin, o cümlədən  narkotik preparatlar,   ciddi hesabatlı 

preparatlar,   sarğı   və     tikiş   materialları,   paltarlar,   ağlar   və   cərrahi   əlcəklərin     əldə 

edilməsi,  qeydiyyatı, saxlanılması, istifadəsi qaydalarını;

5.6.  infeksiyaya  nəzarət,   pasiyent  və   tibb  heyətinin  infeksiya   təhlükəsizliyi 

sistemini;

5.7.  aseptika   və   antiseptika   qaydalarını;   reabilitasiyanın   növ,   forma   və 

metodlarını;

5.8.  cərrahi xəstəlikli və travmalı pasiyentlərin reabilitasiyası üzrə tədbirlərin 

təşkili və aparılmasını;

5.9.  əməliyyatdan əvvəl tibb bacısı qulluğunun əsaslarını;

5.10.  müasir dezinfeksiya və sterilizasiya metodlarını;

5.11.  transfuziologiyanın əsaslarını;

5.12.  qanaxmanın növlərini və onların dayandırılması üsullarını;

5.13.  ümumu və yerli anesteziya qaydalarını;

325



5.14.  tibb   müəssisəsinin   tullantılarının   toplanılması,   saxlanılması   və   məhv 

edilməsi qaydalarını;

5.15.  fəlakətlərdə tibbi xidmətin, hərbi-səhra cərrahiyyəsinin  əsaslarını;

5.16.  struktur   bölməsinin   tibbi   qeydiyyat-hesabat   sənədlərinin     aparılması 

qaydalarını;

5.17.  tibbi   etikanı,   tibbi   sənədlərin   əsas   növlərini,   peşəkar   ünsiyyət 

psixologiyasını;

5.18.  əmək   qanunvericiliyinin   əsaslarını,   daxili   əmək   intizamı   qaydalarını, 

əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin