Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə40/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   36   37   38   39   40   41   42   43   ...   541
II.

Vəzifə öhdəlikləri

39



6. Həkim-epidemioloq müasir laborator və ətraf mühitə nəzarət metodlarından 

istifadə etməklə sanitariya-epidemioloji tədqiqatlar aparır.

7. Sanitariya qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya 

gigiyena   və   epidemiya   əleyhinə   (profilaktik)   tədbirlərin   təşkili   və   aparılmasında 

iştirak edir.

8. Əhali arasında yoluxucu xəstəliklərin baş verməsi, yayılmasının səbəbləri və 

şəraitlərini  müəyyən edir.

9.   Sanitariya-epidemioloji   salamatlığın   təmin   olunmasının   məqsədli 

proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

10.   Sanitariya-epidemioloji   salamatlığın   təmin   olunması   sahəsində   ərazilərin 

sosial-iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak 

edir.


11. Sanitariya-epidemioloji ekspertizanın, araşdırma, müayinə, tədqiqat, sınaq, 

eləcə də mikrobioloji və digər qiymətləndirmə növlərinin təşkilində iştirak edir.

12.   Əhalinin   gigiyenik   tərbiyəsi   üzrə   işi   təşkil   edir.   Sosial-gigiyenik 

monitorinqin aparılmasında iştirak edir.

13.  Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylər verir.

14.  Başqa bölmələrin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.

15.   Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik edir.

16.  Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir.

17. Tibb heyətinin bilik səviyyəsinin artırılması üzrə məşğələlərin aparılmasında 

iştirak edir.

18.  Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.

19.   Yoluxucu   xəstəliklərin   profilaktikası   üzrə   tədbirlər   planını   tərtib   edir   və 

həmin plan əsasında fəaliyyət göstərir.

20. Yoluxucu xəstəliklərin aşkar edilməsinə, qeydiyyatına və hesabatına nəzarət 

edir və müvafiq sənədləşmənin aparılmasını təmin edir.

21.   Fəaliyyət   göstərdiyi   ərazi   üzrə   baş   verən   yoluxucu   xəstəliklər   barədə 

məlumatların (təcili bildirişlərin)   vaxtında qəbul edilməsini təmin edir   və vaxtında 

verilməsinə nəzarət edir.

22. Təcili bildirişin alındığı vaxtdan ən   geci 24 saat ərzində, xüsusi təhlükəli 

yoluxucu   xəstəliklər,   kütləvi   yoluxucu   xəstəliklər   və   qida   zəhərlənmələri,   ictimai 

səhiyyə   sahəsində   fövqəladə   hallarda   təcili   olaraq   yoluxucu   xəstəlik   ocaqlarında 

epidemioloji təhqiqat aparır və xəstəlik ocağında epidemiya əleyhinə tədbirləri təşkil 

edir.


23. Zəruri hallarda xəstəlik  ocağının ləğvi üçün tədbirlər planı hazırlayır və 

epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsini təşkil edir.

24. Yoluxucu xəstəliklərin mütəmadi analizini aparmaqla xəstəliklərin baş vernə 

və yayılma səbəblərini öyrənir və tədbirlərin görülməsi üçün cavabdeh orqan, idarə və 

müəssisə rəhbərləri və şəxslər qarşısında məsələ qaldırır və təkliflər verir.

40



25.   Yoluxucu   xəstəliklərə   dair   əmrlərin,   təlimatların,   metodik   göstərişlərin 

yerinə   yetirilməsi   üçün   icrası   zəruri   olan   göstərişlər   və   təkliflər   verir   və   icrasına 

nəzarət edir.

26.   Xəstəliklərin   immunoprofilaktikasının   planlaşdırılmasında   iştrak   edir, 

immunoprofilaktika   tədbirlərini   təşkil   edir,   bu   istiqamətdə   tibb   işçilərinə   metodik 

köməkliyi təmin edir və immunoprofilaktika işlərinin səmərəli aparılmasına nəzarət 

edir.

27. Tibb müəssisələrində, uşaq kollektivlərində tibb alətlərinin və avadanlığının 



düzgün   sterilizasiyası   və   dezinfeksiya   edilməsinə   nəzarəti   və   bu   sahədə   metodiki 

köməkliyi təmin edir.

28.   Yoluxucu   xəstəliklərin   profilaktikası   üzrə   əhalinin   maarifləndirilməsi 

işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.

29. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

30.  Həkim etikasının qayda və prinsiplərinə riayət edir.

31. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir.

32. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir.

33. Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.

34. Mütəmadi olaraq öz ixtisasını artırır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin