Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə39/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   35   36   37   38   39   40   41   42   ...   541
Həkim-epidemioloqun nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-epidmioloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Həkim-epidemioloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 

Respublika  mərkəzlərində,   Elmi-tədqiqat institutlarının klinikalarında,    klinik 

xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə   müəyyən   edilmiş   qaydada 

“epidemiologiya” ixtisası üzrə peşə hazırlığı   keçmiş, ixtisası üzrə ən azı 2 il əmək 

stajına malik  şəxs təyin edilir. 

3.   Həkim-epidemioloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4.  Həkim-epidemioloq   bilavasitə   şöbə   müdirinin   tabeliyində   fəaliyyət 

göstərməklə   tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-epidemioloq aşağıdakıları bilməlidir:

5.1.Azərbaycan Respublikasının Konstitusiyasını,  Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin Əmək Məcəlləsinin əsaslarını;

5.2.səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini;

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin  fəaliyyətinin 

hüquqi əsaslarını;

38



5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.6. təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;

5.7. laboratoriyanın işinin təşkilini;

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd 

vəzifələrini, forma və metodlarını;

5.9. inkişaf edən orqanizmin anatomik-fizioloji, yaş və cinsi xüsusiyyətlərini, 

orqanizmdə   patoloji   proseslərin   baş   vermə   səbəblərini   və   onların   inkişafı 

mexanizmini; 

5.10. tədqiqatın epidemioloji, statistik, laborator və instrumental metodlarını;

5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin 

bioekoloji xarakteristikasını, epidemiologiyasını və onun inkişafına təsir edən amilləri;

5.12.   epidemiya   əleyhinə   tədbirlər   sistemini,   yoluxucu   xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;

5.13.  profilaktik və sağlamlaşdırıcı tədbirlərinin təşkili və aparılmasını;  

5.14. xəstəxana və ambulator-poliklinika, təcili tibbi yardım və digər müalicə 

profilaktika   idarələrində,   uşaq-yeniyetmə   müəssisələrində   müalicə-profilaktika 

yardımının təşkilinin əsaslarını;

5.15. dispanserizasiyanın nəzəri əsaslarını, prinsip  və metodlarını;

5.16. tibbi fəaliyyətin hüquqi aspektlərini;

5.17. insan orqanizminin orqan və sistemlərinin funksional vəziyyətinin kliniki, 

instrumental və laboratoriya diaqnostikasının ümumi prinsiplərini və əsas üsullarını;

5.18.   yoluxucu   xəstəliklərin   və   digər   əsas   xəstəliklərin     etiologiyasını, 

patogenezini,   kliniki   simptomlarını,   klinikasını   və   kompleks   müalicəsinin   ümumi 

prinsiplərini;

5.19.   yoluxucu   xəstəliklərin   və   digər   əsas   xəstəliklərin   profilaktikası, 

diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə  müasir üsulları;

5.20.   qüvvədə   olan     epidemiologiya   sahəsi   üzrə   normativ-hüquqi,   metodiki-

təlimat sənədlərini;

5.21. tibbi sənədlərin tərtibini, o cümlədən məlumatların yoluxucu xəstəliklərin 

elektron müşahidə sisteminə (YXEMS) daxil eidilməsini ;

5.22. epidemioloji xidmətin fəaliyyətinin planlaşdırılmasının və  hesabatlarının 

prinsiplərini

5.23.   xəstəliklərin   immunoprofilaktikasının   əsaslarını,   qeydiyyat   və 

hesabatların prinsiplərini;

5.24.   kompyuter   və   digər   müasir   informasiya   texnologiyaları   vasitələri   ilə 

işləməyi;

5.25.   xəstənin   həyatı   üçün   təhlükə   zamanı   təxirəsalınmaz   tibbi   yardımın 

göstərilməsi qaydalarını;

5.26. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;

5.27. sanitariya-maarifləndirmənin əsaslarını;

5.28.   daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin