II.
Vəzifə öhdəlikləri
6.
Tibbi-statistik tibb təşkilatının qeydiyyat-hesabat sənədlərinin
sistemləşdirilməsini və təkmilləşdirilməsini aparır.
7.
Statistik göstəriciləri müəyyənləşdirir.
8.
Təşkilatın struktur bölmələrinin işçilərini qeydiyyat formalarının
aparılması və statistik hesabatın tərtib edilməsi qaydaları barədə təlimatlandırır.
9.
Statistik sənədlərin aparılması və doldurulmasının düzgünlüyünə, illik
statistik hesabatın etibarlılığına nəzarəti həyata keçirir.
10. Təşkilatın struktur bölmələrində tibbi statistika üzrə təlimat-metodik
seminarların təşkili və keçirilməsində iştirak edir.
11. Təşkilatın işinin illik statistik hesabatını tərtib edir.
12. Tibbi sənədləşdirmənin statistik qeydiyyat-hesabat formalarının əldə
edilməsi üçün sifarişləri rəsmiləşdirir və verir, təşkilatın struktur bölmələrini onlarla
təmin edir.
13.
Statistik qeydiyyat məlumatları əsasında müxtəlif arayışlar hazırlayır.
14.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir.
15.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |