IV.
Məsuliyyət
18.
Tibbi-statistik aşağıdakılara məsuliyyət daşıyır:
18.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
18.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
18.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
18.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
18.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
18.6. tibb təşkilatının fəaliyyətinə, işçilərinə, pasiyentlərə və müştərilərə
təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının
pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da
daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə;
17.
Tibbi-statistik əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
361
|