II. Vəzifə öhdəlikləri
6.
Əczaçı reseptlərin və tibb təşkilatlarının tələbnamələrinin qəbulunu,
dərman vasitələrinin və tibbi təyinatlı məmulatların buraxılışını həyata keçirir.
7.
Dərmanları hazırlayır, aptek daxili nəzarətin sadə metodları ilə onların
keyfiyyətini yoxlayır.
8.
Malların qəbulunda, onların saxlanılma yerləri üzrə bölüşdürülməsində
iştirak edir, fiziki-kimyəvi xüsusiyyətlərinə və mövcud saxlanılma qaydalarına uyğun
olaraq dərman vasitələrinin və tibbi təyinatlı məmulatların saxlanılma şəraitini təmin
edir.
9.
Malı çəkib bükən işçilərə dərman vasitələrinin tərəzidə çəkilib bükülməsi
üzrə məsləhət yardımı edir.
10.
Əhali arasında dərman vasitələri və tibbi təyinatlı məmulatlar, onların
işlədilməsi və ev şəraitində saxlanılması haqqında sanitar-maarifləndirmə və
məlumatlandırma işini aparır.
11.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir.
12.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |