II.
Vəzifə öhdəlikləri
6.
Mülki müdafiə üzrə mütəxəssis müəssisənin mülki müdafiə üzrə
planlarının hazırlanmasında iştirak edir.
7.
Müəssisənin mülki müdafiə məsələləri üzrə sənədlərinin (əmr, sərəncam,
təlimat və s.) hazırlanmasında iştirak edir. Mülki müdafiə vasitələrinin vəziyyətinə
nəzarət edir.
8.
Fövqəladə hallarda zərərçəkmişlərə ilkin yardım göstərilməsinin və
zərurət olduqda onların müalicə müəssisəsinə göstərilməsinin təşkilində iştirak edir.
9.
Fövqəladə hallar baş verdikdə xilasetmə işlərini görür və müəssisənin
əməkdaşlarının təhlükəsiz əraziyə evakuasiya olunmasına köməklik edir.
10.
Mülki müdafiə üzrə tələb olunan sənədlərin vaxtında struktur
bölmələrinin rəhbərlərinə çatdırılmasını təmin edir.
11.
Fövqəladə hallarda müvafiq komissiyanın işində iştirak edir.
12.
Mülki müdafiə məsələləri üzrə qabaqcıl təcrübəni öyrənir və tətbiq edir.
Dostları ilə paylaş: |