Mülki müdafiə üzrə mütəxəssisin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı mülki müdafiə üzrə mütəxəssisin vəzifə öhdəliklərini,
hüquq və məsuliyyətini müəyyən edir.
2.
Mülki müdafiə üzrə mütəxəssis vəzifəsinə, iş stajına tələb qoyulmadan,
“mülki müdafiə” ixtisası üzrə orta ixtisas təhsili olan şəxstəyin edilir.
3.
Mülki müdafiə üzrə mütəxəssis Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Mülki müdafiə üzrə mütəxəssis bilavasitə struktur bölməsinin rəhbəri
olmaqla, müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Mülki müdafiə üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
5.1. müəssisənin fəaliyyətinə dair yuxarı orqanların qərar, sərəncam, əmr və
digər rəhbər və normativ sənədlərini;
5.2.
mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsinin
təşkilini;
5.3.
mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və
saxlanılması qaydalarını;
5.4. fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib
hazırlanması və keçirilməsi qaydalarını;
5.5. müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsi
qaydasını;
5.6. ilkin tibbi yardım göstərilməsinin təşkilini;
375
5.7. inzibati, əmək və mülki qanunvericiliyin əsaslarını;
5.8. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğından mühafizə qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |