Texnikin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı texnikin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Texnik vəzifəsinə, iş stajına tələb qoyulmadan, “texnik” ixtisası üzrə orta
ixtisas təhsili olan şəxstəyin edilir.
3.
Texnik Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Texnik bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, müəssisənin
rəhbərinə tabe olur.
5.
Texnik aşağıdakıları bilməlidir:
5.1. yerinə yetirilən iş üzrə normativ hüquqi aktları və məlumat materiallarını;
5.2. sazlayıcı işlərin əsas metodlarını;
5.3. xüsusi və məlumat ədəbiyyatlarındakı terminologiyanı;
5.4. iş proqram və təlimatlarını;
5.5. işlənib hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki
şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
5.6. ölçmə, müşahidə və eksperimentlərin aparılmasının ardıcıllığı və
texnikasını; istehsalat texnologiyasının əsaslarını;
5.7.
istifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş
prinsiplərini və istismarı qaydalarını;
5.8. avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını; məlumatların
alınması, emalı və ötürülməsinin texniki vasitələrini;
5.9. hesablama texnikasının istismarı qaydalarını;
379
5.10. uçotun aparılması və hesabatların tərtib edilməsi qaydalarını;
5.11. səmərələşdirici təklifləri və ixtiraları;
5.12. kargüzarlığın aparılmasının əsaslarını;
5.13. iqtisadiyyatın, istehsalın təşkilinin, əməyin təşkilinin və idarəetmənin
əsaslarını;
5.14. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsinin qayda və
normalarını bilməlidir.
Dostları ilə paylaş: |