Təsərrüfat şöbəsinin müdirinin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı təsərrüfat şöbəsinin müdirinin vəzifə öhdəliklərini,
hüquq və məsuliyyətini müəyyən edir.
2.
Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə orta ixtisas təhsili və ixtisası üzrə
vəzifələrdə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.
3.
Təsərrüfat şöbəsinin müdiri Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Təsərrüfat şöbəsinin müdiri bilavasitə müəssisənin rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Təsərrüfat şöbəsinin müdiri aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. səhiyyə müəssisələrinin inzibati-təsərrüfat xidmətinə aid qərar, sərəncam,
əmr və digər rəhbər və normativ sənədləri;
5.3. tikililərin istismarı qaydalarını;
5.4. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili
əmək intizamı qaydasını, əməyin mühafizəsinin qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |