Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə441/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   437   438   439   440   441   442   443   444   ...   541
II.

Vəzifə öhdəlikləri

6. 


Təsərrüfat şöbəsinin rəisi təsərrüfat xidmətini, tibb təşkilatının yerləşdiyi 

382



bina   və   tikililərin  istehsalat   sanitariyası   və   yanğından   mühafizənin   qayda   və 

normalarına uyğunluğunu,  eləcə  də  avadanlığın (liftlər, işıqlandırma,   istilik  sistemi, 

ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir. 

7. 


Əsas fondların (binalar, su təchizatı, hava xətti və digər qurğular) cari və 

əsaslı   təmir   planlarının   işlənib   hazırlanmasında,   təsərrüfat   xərclərinin   smetasının 

tərtibində iştirak edir.

8.  


Tikililərdə   təmirin   aparılmasını   təşkil   edir,   təmir   işlərinin   yerinə 

yetirilməsinin keyfiyyətinə nəzarəti həyata keçirir.

9.  

Tibb təşkilatının struktur bölmələrini mebellərlə, təsərrüfat inventarları ilə, 



mühəndis və idarəetmə əməyinin mexanikləşdirilməsi vasitələri ilə təmin edir, onların 

qorunmasına və təmirinin vaxtında aparılmasına müşahidəni həyata keçirir.

10.   Xidmətlər   göstərilməsi,   dəftərxana   ləvazimatları,   lazımi   təsərrüfat 

materialları, avadanlıq və inventarların əldə edilməsi və saxlanılmasına müqavilələrin 

bağlanılması, eləcə də onların xərclərinin uçotunun aparılması və müəyyən olunmuş 

hesabatın   tərtib   edilməsi   üçün   zəruri   sənədləri   rəsmiləşdirir,   struktur   bölmələrini 

onlarla təmin edir. 

11.  Təsərrüfat   məqsədləri   üçün   ayrılmış   material   və   vasitələrin   rasional 

sərfinə nəzarət edir.

12.  Xidməti   ezamiyyətə   gəlmiş   nümayəndə   və   digər   şəxslərin   qəbulu   və 

qeydiyyatını, onlara zəruri xidməti təşkil edir.

13.   Abadlıq, yaşıllaşdırma,  ərazinin təmizlənməsi  və binaların fasadlarının, 

girişlərinin bədii bayram tərtibatı işlərinə rəhbərlik edir. 

14.  Keçirilən   müşavirə,   konfrans,   seminar   və   digər   tədbirlərdə   təsərrüfat 

xidmətini təşkil edir.

15.   İşçilərin   tabel   uçotunun   təşkili,   nahar   fasilələri   vaxtında   rasional 

qidalanması, məzuniyyət   və iş günü rejiminin cədvəllərinin tərtib edilməsi üzrə işi 

yerinə yetirir. 

16.  Yanğından   mühafizə   tədbirlərinin   yerinə   yetirilməsini   və   yanğın 

inventarlarının saz vəziyyətdə saxlanılmasını təmin edir.

17.   Rabitə, hesablama və təşkilati texnika vasitələrinin tətbiqi üzrə tədbirləri 

görür. 


18.  Şöbənin işçilərinə rəhbərlik edir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin