IV.
Məsuliyyət
21.
Təsərrüfat şöbəsinin rəisi aşağıdakılara məsuliyyət daşıyır:
21.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
21.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
21.2. maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə
edilməsinə;
21.3. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi
və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;
21.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
21.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
21.6. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və
vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
21.7. fövqəladə hallar şəraitində işə hazırlığa görə məsuliyyət daşıyır.
22.
Təsərrüfat şöbəsinin rəisi əmək intizamının, qanunvericilik və normativ-
hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
384
|