Aşpazın nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı aşpazın vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Aşpaz vəzifəsinə orta peşə təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı və ya
orta ümumi təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3.
Aşpaz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Aşpaz bilavasitə baş aşpaza olmaqla, müəssisənin rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Aşpaz aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. diyetik yeməklərin, eləcə də çətin emal tələb edən yeməklərin və
kulinariya məmulatlarının hazırlanması texnologiyasını;
5.3. diyetik qidalanmanın əsaslarını;
5.4. diyetik yeməklər üçün xammalın emalının növləri və xüsusiyyətlərini;
5.5. isitmə proseslərində itkinin azaldılması və qida dəyərinin saxlanılmasının
xüsusiyyətlərini;
5.6. hazırlanan məhsulun dad keyfiyyətinin yaxşılaşdırılmasına kömək edən
ətirli maddələri;
5.7. istifadə olunan xammalın və yarımfabrikatların standartlarının və texniki
şərtlərinin əsas tələblərini;
5.8. hazır məhsulda əskikliyin aradan qaldırılmasını;
5.9. menyunun tərtib edilməsi qaydalarını (bayram, gündəlik);
5.10. müxtəlif növ avadanlıqların rasional iş rejimini;
5.11. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili
əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
Dostları ilə paylaş: |