Arxiv işçisinin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı arxiv işçisinin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Arxiv işçisi vəzifəsinə, iş stajına tələb qoyulmadan, orta ümumi təhsili
olan və xüsusi təlim keçmiş şəxstəyin edilir.
3.
Arxiv işçisi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Arxiv işçisi bilavasitə öz struktur bölməsinin rəhbərinə, onun olmadığı
halda isə müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Arxiv işçisi aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. müəssisədə arxiv işinin aparılması üzrə normativ hüquqi aktları,
əsasnamələri, təlimatları, digər rəhbər materialları və sənədləri;
5.3. sənədlərin arxivə qəbulu və təhvili, onların saxlanılması və onlardan
istifadə qaydalarını; kargüzarlığın aparılması üzrə vahid qaydaları;
5.4. müvəqqəti və daimi saxlanılan sənədlərin təsvirinin, sənədlərin məhv
edilməsi barədə aktların tərtib edilməsi qaydalarını;
5.5. işlərin rəsmiləşdirilməsi və onların saxlanılmaya və istifadəyə hazırlanması
qaydalarını;
5.6. uçotun aparılması və hesabatların tərtib edilməsi qaydalarını;
5.7. müəssisənin strukturunu;
5.8. əməyin təşkilinin əsaslarını,texniki vasitələrin istifadəsi qaydalarını, əmək
qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsinin
qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |