Baş aşpazın nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı baş aşpazın vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Baş aşpaz vəzifəsinə ali peşə təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı və
ya orta peşə təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3.
Baş aşpaz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Baş aşpaz bilavasitə müəssisənin rəhbərinə və ya onun müavininə tabe
olur.
5.
Baş aşpaz aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. yuxarı orqanların ümumi qidalanmanın təşkilinə dair qərarları,
sərəncamları, əmrləri və digər rəhbər və normativ sənədlərini;
5.3. istehsalatın təşkili və texnologiyasını;
5.4. yeməklərin və kulinariya məmulatlarının çeşidlərini və keyfiyyətinə
tələbləri;
5.5. rasional və diyetik qidalanmanın əsaslarını;
5.6. menyunun tərtib edilməsi qaydalarını;
5.7. məhsulların uçotu qaydalarını və verilməsinin normalarını;
5.8. xammal və yarımfabrikatların sərfi normalarını;
5.9. ərzaq məhsullarının, xammalın və yarımfabrikatların standartları və
texniki şərtləri;
5.10. hazır məhsulların, xammalın və yarımfabrikatların saxlanılmasının qayda
və müddətlərini;
5.11. texnoloji avadanlığın növləri, iş prinsipləri, texniki xarakteristikası və
onun istismarı şərtlərini;
5.12. mövcud daxili rejim qaydalarını;
5.13. ümumi qidalanmanın iqtisadiyyatını;
5.14. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili
əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
Dostları ilə paylaş: |