Bağbanın nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı bağbanın vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Bağban vəzifəsinə, iş stajına tələb qoyulmadan, bağçılıq və bostançılıq
üzrə xüsusi hazırlıq keçmiş şəxs, təhsil və təyin edilir.
3.
Bağban Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Bağban bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, müəssisənin
rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Bağban aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi
qaydalarını;
5.2. fərdi müdafiə vasitələrindən istifadə qaydalarını;
5.3. yerinə yetirilən işin keyfiyyətinə dair tələbləri; iş yerində əməyin rasional
təşkili üzrə tələbləri;
5.4. ağac və kol bitkilərində zədələrin növlərini və aradan qaldırılması və
bərpa edilməsi üsullarını;
5.5. tullantıların yığılması, həyətyanı yolların zibil və qardan təmizlənməsi
üsullarını;
5.6. ağac və kol bitkilərinin kəsilməsi qaydalarını;
5.7. tətbiq edilən iş alətlərindən istifadə qaydalarını;
5.8. ehtiyatlı davranma tələb edən yüklərin və ya tozlu materialların
yığılması, boşaldılması və daşınması qaydalarını;
5.9. yüklərin qəbulu zamanı onlara qoşma sənədlərin rəsmiləşdirilməsi
qaydalarını;
5.10. yüklərin çeşidlərə ayrılması qaydasını bilməlidir.
Dostları ilə paylaş: |