Təsərrüfat şöbəsinin rəisinin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı təsərrüfat şöbəsinin rəisinin vəzifə öhdəliklərini, hüquq
və məsuliyyətini müəyyən edir.
2.
Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə orta ixtisas təhsili və ixtisası üzrə
vəzifələrdə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3.
Təsərrüfat şöbəsinin rəisi Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Təsərrüfat şöbəsinin rəisi bilavasitə müəssisənin rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Təsərrüfat şöbəsinin rəisi aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. səhiyyə müəssisələrinin inzibati-təsərrüfat xidmətinə aid qərar, sərəncam,
əmr və digər rəhbər və normativ sənədləri;
5.3. müəssisəsinin strukturunu, onun inkişaf perspektivlərini;
5.4. tabel uçotunun aparılması qaydasını;
5.5. rabitə, hesablama və təşkilati texnika vasitələrini;
5.6. hesabatların tərtibinin müddəti və qaydasını;
5.7. əl əməyinin mexanikləşdirilməsi vasitələrini;
5.8. avadanlıq, mebel, inventar, dəftərxana ləvazimatlarının tətbiqi və
xidmətlərə görə hesabların sənədləşdirilməsi qaydasını;
5.9. iqtisadiyyatın, əməyin təşkilinin, istehsalatın və idarəetmənin əsaslarını;
5.10. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydasını;
əməyin mühafizəsinin qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: |