III.
Hüquqlar
11.
Rəssamın aşağıdakı hüquqları vardır:
11.1. özünün əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər
vermək;
11.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
11.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və
müşavirələrdə iştirak etmək;
11.4. müvafiq ixtisas kateqoriyası almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
11.5. kurslarında öz ixtisasını artırmaq hüquqlarına malikdir.
12.
Rəssam Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |