II.
Vəzifə öhdəlikləri
6.
Qarderobçu müəssisənin işçilərinin və qonaqlarının üst paltarlarını, baş
geyimlərini, ayaqqabılarını və digər əşyalarını saxlanılmağa qəbul edir və işçilərə və
qonaqlara əşyaların saxlanılması yerini göstərən jeton təqdim edir.
7.
Jetonun təqdim edilməsi ilə işçilərə və qonaqlara paltarları və əşyaları
verir.
8.
Əlil və ahıl qonaqlara geyinməkdə və soyunmaqda köməklik edir.
9. Zəruri hallarda paltarları təmizləyir.
10. Müəssisənin işçiləri və qonaqları tərəfindən saxlanılmağa verilmiş
əşyaların qorunmasını təmin edir.
11.
Qarderob otağını təmiz və səliqəli saxlayır.
Dostları ilə paylaş: |