15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
15.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
15.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş xidməti
sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
15.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
15.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
16.
Kompüter üzrə operator əmək intizamının, qanunvericilik və normativ-
hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: