22.1. Histomorfoloji tədqiqatları aparmaq, histomorfoloji rəylər, histomorfoloji
tədqiqatların təşkili və aparılması üzrə məsləhətlər vermək, histoloji şüşə
preparatlarını hazırlamaq;
22.2. endoskopik tədqiqatlar və operativ müdaxilə zamanı patohistoloji
tədqiqatı, biopsiya materialının patohistoloji tədqiqatını aparmaq;
22.3. tibbi laboratoriya texniklərinin işlərinin təhlilini aparmaq;
22.4. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
22.5. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə
rəhbərliyə təkliflər vermək;
22.6. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
23.7. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
23.8. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi alamaq.
24.
Həkim-histomorfoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: