Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə81/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   77   78   79   80   81   82   83   84   ...   541
II. Vəzifə öhdəlikləri

6. 


Həkim-   immunoloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müəyyən   edilmiş   qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin 

aparılması   taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların, 

müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8.  


Mövcud edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni 

təyin   edir   və   nəzarət   edir,   zəruri   diaqnostik,   müalicə,   reabilitasiya   və   profilaktik 

prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

80



9. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə 

məsləhət yardımı göstərir.

10. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

11.

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

12. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

13.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.

14.


Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmişqaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

15. 

Sanitar-maarifləndirmə   işini   aparır.   Həkim   etikasının   qayda   və 



prinsiplərinə riayət edir.

16. 


Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   eləcə   də   öz 

peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra 

edir.

17. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

18. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



19. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir.

20. 


Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin